Azərbaycanda yükdaşımalar 0,9% artıb, sərnişin daşınması 5,9% azalıb

Azərbaycanda yükdaşımalar 0,9% artıb, sərnişin daşınması 5,9% azalıb
# 15 noyabr 2021 18:33 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda yük daşınması əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9% artıb, sərnişin daşınması isə 5,9% azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 156,9 mln. ton yük daşınıb. Yüklərin 2,9%-i dəniz, 7,8%-i dəmir yolu, 0,3%-i hava, 57,4%-i avtomobil nəqliyyatı, 31,6%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi eyni səviyyədə qalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,1%

təşkil edib.

Hesabat dövründə nəqliyyatçılar 959,7 mln. sərnişinə xidmət göstərb. Sərnişinlərin 93,9%-i avtomobil nəqliyyatı, 5,8%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR