Azərbaycandakı bankların bərpa-quruculuq işlərində rolu müzakirə olunub - FOTO

Azərbaycandakı bankların bərpa-quruculuq işlərində rolu müzakirə olunub - FOTO
# 08 sentyabr 2021 17:51 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qarabağ Dirçəliş Fondunda Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının nümayəndələri ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

O qeyd edib ki, görüşdə dövlət-özəl tərəfdaşlığı, bərpa-quruculuq işlərində bankların rolu, investisiya qoyuluşlarına qeyri-dövlət vəsaitlərinin cəlb edilməsi məsələlərini müzakirə olunub.

"Dövlətin, cəmiyyətin, biznes dairələri və bankların birgə əməkdaşlığı işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesinə əhəmiyyətli töhfə verə bilər", - nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR