Azərbaycandakı sənaye zonalarına indiyədək 6 mlrd. manatdan çox investisiya yatırılıb

Azərbaycandakı sənaye zonalarına indiyədək 6 mlrd. manatdan çox investisiya yatırılıb
# 22 noyabr 2021 10:37 (UTC +04:00)

İndiyədək Azərbaycandakı sənaye zonalarında 89 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 55-i fəaliyyətə başlayıb.

APA-Economics”in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,2 mlrd. manatdan çox investisiya yatırılıb və 9 500-dək iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 mln. manat investisiyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.Sənaye zonaları üzrə indiyədək ümumilikdə 5 mlrd. manatlıq məhsul istehsal edilib ki, bunun 1,4 mlrd. manatı (təqribən 28%-i) ixrac olunub.

Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR