Azərbaycanın bir neçə kiçik dövlət müəssisəsi özəlləşdirilib

Azərbaycanın bir neçə kiçik dövlət müəssisəsi özəlləşdirilib
# 08 iyun 2021 17:04 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 8-də təşkil olunmuş növbəti hərracda 4 dövlət əmlakı özəlləşdirilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, özəlləşdirilən kiçik dövlət müəssisələri və yarımçıq tikili Yardımlı, Oğuz və Bərdə rayonlarında yerləşir. Hərracda Şirvan şəhərindəki "Əli Bayramlı Aqrotəmir" ASC-nin dövlətə məxsus səhm paketi də satılıb.

Özəlləşdirilən dövlət əmlakının siyahısı: https://bit.ly/3cqko9o.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR