Azərbaycanın dərman vasitələri idxal etdiyi ölkələrin reytinqi - TOP-10

Azərbaycanın dərman vasitələri idxal etdiyi ölkələrin reytinqi - TOP-10
# 19 may 2021 11:38 (UTC +04:00)

Bu ilin I rübündə Azərbaycana 80,611 mln. ABŞ dolları (137,038 mln. manat) dəyərində 5 636,42 ton pərakəndə satış üçün formalarda və ya bağlamalarda qablaşdırılan dərman vasitələri idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə dərman idxalı həcm ifadəsində 37,5%, dəyər ifadəsində isə 30,2% artıb.

Cari ilin yanvar-mart ayları ərzində Azərbaycanın əsas dərman təminatçıları Türkiyə, Rusiya və Almaniya olub. Türkiyədən bu ilin ilk üç ayında Azərbaycana pərakəndə satış üçün 12,786 mln. dollar dəyərində 547,41 ton dərman vasitəsi tədarük edilib ki, bu da illik müqayisədə həcm ifadəsində 0,6% az olsa da, dəyər ifadəsində 19% çoxdur.

Gözəçarpan dəyişikliklərə gəldikdə, bu ilin I rübündə Rusiyadan və Hindistandan dərman idxalı müvafiq olaraq 2,2 və 2 dəfə artıb. Təkcə mart ayında Azərbaycan İsveçrədən dərman idxalını fevralla müqayisədə 23 dəfə artırıb və təkcə mart ayında sözügedən ölkədən 2,6 mln. dollarlıq dərman vasitələri gətirilib.

Azərbaycanın pərakəndə satış üçün dərman vasitələri idxal etdiyi ölkələrin reytinqi – TOP-10:

#

Ölkə

Dəyər, mln. $

İllik dinamika

Həcm, ton

İllik dinamika

1

Türkiyə

12,786

19%

547,41

-0,6%

2

Rusiya

7,769

2,2 dəfə

1 835,73

61,4%

3

Almaniya

6,881

-10.8%

110,58

-24,5%

4

Hindistan

5,870

2 dəfə

113,39

42,9%

5

Fransa

4,411

18,1%

46,84

-27,5%

6

İsveçrə

4,018

23,7%

12,61

-34,5%

7

İtaliya

3,887

1,8%

73,28

-10,3%

8

Ukrayna

3,733

30,9%

1 564,18

67,9%

9

Avstriya

2,790

45,0%

22,92

16,1%

10

Polşa

2,765

12,1%

65,81

-7,2%

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR