Azərbaycanın ictimai iaşə dövriyyəsi 16%-dən çox artıb

Azərbaycanın ictimai iaşə dövriyyəsi 16%-dən çox artıb
# 15 noyabr 2021 18:45 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16,3% artaraq 727,4 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2%-i hüquqi şəxslərin, 48,8%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 28% artaraq 369 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR