Azərbaycanın sənaye zonalarında 5 mlrd. manatdan çox məhsul istehsal edilib

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 12 noyabr 2021 12:35 (UTC +04:00)

Azərbaycanın sənaye zonalarında indiyədək 5 mlrd. manatdan çox məhsul istehsal edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, bunun 1,4 mlrd. manatlıq hissəsi və ya təxminən 28%-i ixrac olunub. "2021-ci ilin 9 ayında isə, sənaye zonalarında məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,4% artaraq 1,5 mlrd. manatdan çox, ixrac isə 2 dəfə artımla 545 mln. manat təşkil edib. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,3%, ixracında 25,9% olub", - nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR