Azərbaycanın Şimali Koreyadan builki idxalının həcmi açıqlanıb

Azərbaycanın Şimali Koreyadan builki idxalının həcmi açıqlanıb
# 17 iyun 2021 16:36 (UTC +04:00)

Bu ildən başlayaraq Azərbaycan Şimali Koreyadan (Koreya Xalq Demokratik Respublikası) idxala başlayıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, cari ilin yanvar-may aylarında Azərbaycan Şimali Koreyadan 28,34 min ABŞ dolları dəyərində mal idxal edib. Təkcə may ayında isə idxalın həcmi 7,68 min dollara bərabər olub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-aprel aylarında Azərbaycan Şimali Koreyadan 0,18 ton həcmində 20,66 min dollarlıq kran, klapan, boru kəməri armaturları gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR