Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalanıb

Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalanıb
# 04 noyabr 2021 16:54 (UTC +04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Pakistan Ticarət və Sənaye Palataları Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Konfederasiyadan “APA-Economics”ə verilən məlumata görə, sənədi ASK-nın prezidenti Məmməd Musayev və Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının vitse-prezidenti Mian Nəsir Xan imzalayıblar.

Qeyd olunub ki, memorandum ölkələr arasında iqtisadi əlaqələrin inkişafına dəstək, birgə fəaliyyət üçün sahələrin seçilməsi, layihələrin müəyyənləşdirilməsi və digər məsələləri əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR