"Azerçay" stimullaşdırıcı lotereya keçirir - VİDEO

"Azerçay" stimullaşdırıcı lotereya keçirir - VİDEO
# 17 noyabr 2021 09:49 (UTC +04:00)

Azərbaycanın ilk milli çay markası olan “Azerçay” istehlakçıları üçün stimullaşdırıcı lotereya keçirir. Belə ki, “Doğma çayınızdan qazandıran lotereya!” adlı lotereya çərçivəsində alıcılar 6 ədəd “Nissan X-Trail” avtomobili və yüzlərlə dəyərli hədiyyələr qazanmaq şansı əldə edəcək.

“İlin qazananı sən ol” şüarı ilə keçirilən lotereyada iştirak etmək isə çox asandır. Bunun üçün marketlərdən uduşlu “Azerçay” məhsulu almaq, qutunun qapağının altındakı şifrəni ad, soyad və yaşayış yeri ilə birlikdə “Azercell” və “Bakcell” nömrələrindən 8825-ə göndərmək və nəticələr elan olunana qədər qutunu saxlamaq lazımdır.

Qeyd edək ki, 15 oktyabr 2021 – 31 yanvar 2022 tarixləri arasında keçiriləcək stimullaşdırıcı lotereyada “Azerçay”ın 250 və 450 qramlıq “Buket”, “Klassik”, “Pekoe” və yeni çeşid “Gül Bağçası” məhsullarını alaraq möhtəşəm hədiyyələr qazana bilərsiniz. Daha dəqiq desək, 450 qramlıq çay alanlardan 6 nəfər “Nissan X-Trail” avtomobili, 250 qramlıq çay alanlar isə 198 ədəd “Samsung” markalı A31 smartfonu və hər biri 18 ədəd olmaqla “Note 20”, “Tab7” planşetləri, televizor, paltaryuyan və soyuducu qazanmaq şansı əldə edəcək.

Xatırladaq ki, stimullaşdırıcı lotereyanın ilk tirajı 1 dekabr 2021-ci il, növbəti tirajlar isə 2022-ci il 4 yanvar və 1 fevral tarixlərində “Azad Azərbaycan” telekanalında saat 19:00-da keçiriləcək. Lotereyanın nəticələri canlı yayımda və dogmacay.az saytında elan ediləcək.

© APA | "Azerçay" stimullaşdırıcı lotereya keçirir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR