"AzerGold" son beş ildə 7 tondan çox qızıl və 13 tona yaxın gümüş realizə edib

"AzerGold" son beş ildə 7 tondan çox qızıl və 13 tona yaxın gümüş realizə edib
# 06 iyul 2021 11:12 (UTC +04:00)

"AzerGold" ASC 5 il ərzində 248 min unsiya (təxminən 7 031 kq) qızıl və 446 min unsiya (12 644 kq) gümüşün satışından ölkə iqtisadiyyatına 639 mln. manatdan çox vəsait cəlb edib.

APA-Economics” xəbər verir ki, bu barədə ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuata yazılı açıqlamasında deyilir.

O bildirib ki, bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 mln. manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7,3%-i həcmində vəsait ayrılıb.

“Bu 5 ildə dövlət büdcəsinə 55,5 mln. manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib. Bütün bu uğurlara Daşkəsən rayonunda yerləşən təkcə “Çovdar” mədənində həyata keçirilən hasilat fəaliyyəti nəticəsində nail olunub. “Çovdar” mədənində həyata keçirilən hasilat işləri ilə yanaşı, bu 5 ildə ehtiyatların artırılması, yeni mədənlərin işə salınması istiqamətində intensiv kəşfiyyat və tədqiqat işləri də həyata keçirilib. Fəaliyyət dövrü ərzində geoloqlarımızın bilavasitə iştirakı və rəhbərliyi ilə 176 min metrdən çox buruq-qazma işləri icra edilib”, - deyə Z. İbrahimov qeyd edib.

Təsadüfi deyil ki, Cəmiyyət tərəfindən reallaşdırılan müvafiq tədqiqatlar nəticəsində istismarına hazırlıq görülən yataqların əlvan metal resursları qəbul edilmiş beynəlxalq standartlara əsasən, ümumilikdə 24 dəfə artırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR