"Azəriqaz" rəhbərliyi Gəncə sahibkarları ilə görüşəcək

"Azəriqaz" rəhbərliyi Gəncə sahibkarları ilə görüşəcək
# 07 dekabr 2021 13:15 (UTC +04:00)

"Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası bu dəfə Gəncədə təşkil olunacaq.

İB-dən "APA-Economics"ə verilən məlumata görə, "Azəriqaz"ın rəhbər şəxsləri Gəncə şəhəri, Gülüstan qəsəbəsində (14 nömrəli məktəbin yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

"Səyyar qəbul otağı" dekabrın 9-da saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR