Azpromo: Qeyri-neft ixracı 42%-dən çox artıb

Yusif Abdullayev

© APA | Yusif Abdullayev

# 15 noyabr 2021 13:04 (UTC +04:00)

Gələn il Azərbaycanın "Invest in Azerbaijan" mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (Azpromo) rəhbəri Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, söhbət xarici investorlara dövlət tərəfindən xüsusi dəstəyin göstərilməsindən gedir.

"Eyni zamanda, biz milli ixrac strategiyası üzrə işləyirik ki, bu da 2022-ci ildən artıq ölkənin qeyri-neft ixracının artırılmasını nəzərdə tutur. Bu istiqamətdə yeni milli ixrac strategiyası hazırlanır. Düşünürük ki, çox yaxşı nəticələr əldə edə biləcəyik. Noyabrın 13-nə olan məlumata görə, ölkənin qeyri-neft ixracında illik ifadədə 42%-dən çox artım qeydə alınıb", - deyə Y. Abdullayev qeyd edib.

Xatrıladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft ixracı illik ifadədə 42% artaraq 2,05 mlrd. dollara çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR