Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda əməkdaşlığa dair bir neçə sənəd imzalanıb

Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda əməkdaşlığa dair bir neçə sənəd imzalanıb
# 15 noyabr 2021 12:13 (UTC +04:00)

Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forum (IBF) çərçivəsində əməkdaşlığa dair bir sıra sənəd imzalanıb.

"APA-Economics" xəbər verir ki, ilk sənəd dövlət özəl tərəfdaşlığı üzrə niyyət protokolu olub. Sənədi Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və İstanbul Dövlət-Özəl Sektor Tərəfdaşlığı, Kamillik Mərkəzinin sədri Eyyub Vural Aydın imzalayıblar.

Növbəti əməkdaşlıq haqqında anlaşma memorandumunu Gənc Sahibkarlar Şəbəkəsi Assosiasiyasının sədri Xaliq İldırımzadə və Gənc Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin ("Gənc MÜSİAD") sədri Furkan Akbal imzalayıblar.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və MÜSİAD-ın İdarə Heyətinin sədri Mahmut Asmalı arasında birgə Yol xəritəsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR