Bakıda muzdlu işçilərin orta aylıq əməkhaqqı 9% azalıb

Bakıda muzdlu işçilərin orta aylıq əməkhaqqı 9% azalıb
# 25 may 2021 17:55 (UTC +04:00)

Bu ilin yanvar-mart ayında Bakı şəhəri üzrə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 9,4% azalaraq 927,1 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-fevral ayında paytaxt üzrə əməkhaqqı göstərici 899,7 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR