Bakıda Türk Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək

Bakıda Türk Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək
# 06 sentyabr 2021 16:09 (UTC +04:00)

Sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçiriləcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbir çərçivəsində türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək, Türk Şurasının 2-ci Biznes mükafatının təqdimetmə mərasimi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr edilmiş Biznes Forum təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR