Bakıda “Young Business Hub Azerbaijan İnvesment” sammiti keçiriləcək  

Bakıda “Young Business Hub Azerbaijan İnvesment” sammiti keçiriləcək

© APA | Bakıda “Young Business Hub Azerbaijan İnvesment” sammiti keçiriləcək

# 25 may 2021 19:24 (UTC +04:00)

Bu ilin ikinci yarısında Bakıda “Young Business Hub Azerbaijan İnvesment” sammiti keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) "APA-Economics"ə verilən məlumata görə, bununla bağlı Agentlik və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu (ICYF) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və ICYF-in prezidenti Taha Ayhan imzalayıblar.

Tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR