Bakının ictimai iaşə dövriyyəsi pandemiyaya görə 25% azalıb

Bakının ictimai iaşə dövriyyəsi pandemiyaya görə 25% azalıb
# 30 iyun 2021 12:44 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Bakının ictimai iaşə dövriyyəsi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24,5% azalaraq 180,6 mln. manat olub.

Bakı Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19% azalaraq 120,6 mln. manat təşkil edib.

Qeyd edək ki, azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədardır.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanın ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 19,3% azalaraq 281,2 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR