"Baku Electronics" Zəfər Günü münasibətilə tədbir keçirib

"Baku Electronics" Zəfər Günü münasibətilə tədbir keçirib
# 10 noyabr 2021 15:36 (UTC +04:00)

Azərbaycanın ilk elektronika mağazaları şəbəkəsi "Baku Electronics" Zəfər gününün birinci ildönümü münasibəti ilə böyük tədbir təşkil edib.

Doğma Azərbaycanımızın tarixində əbədi iz qoyan və möhtəşəm qələbə ilə bitən 44 günlük Vətən Müharibəsində iştirak edən "Baku Electronics" əməkdaşları tədbirdə rəhbərlik tərəfindən mükafatlandırılıb.

Belə ki, tədbirin rəsmi hissəsi Dövlət Himnimizin sədaları altında alqışlarla başlayıb. Daha sonra bu qələbəni bizə bəxş edən və şirkətin şəhid əməkdaşı Ceyhun İsmayılovun timsalında bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra "Baku Electronics" şirkətinin rəhbərləri çıxış edərək hər kəsi bu qələbə münasibəti ilə təbrik edib, şəhidlərimizə rəhmət diləyib.

Tədbir boyunca böyük monitorda Ali Baş komandanın çıxışları, möhtəşəm qələbə paradı və bu günü bizə bəxş edən döyüşçülərimizin görüntüləri yayımlanıb.

Tədbirin qeyri-rəsmi hissəsi müharibə iştirakçılarının şərəfinə təşkil olunmuş ziyafətlə davam edib.

Xatırladaq ki, "Baku Electronics" artıq 27 ildir alıcılar üçün hər şeydən öncə yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən ifadə etməklə yanaşı, eyni zamanda mühüm əhəmiyyət kəsb edən zamanlarda sosial duyarlılığını nümayiş etdirub. 44 günlük Vətən Müharibəsi dövründə "Baku Electronics" şirkəti YAŞAT fonduna, pandemiya dönəmində isə Koronavirusla Mübarizəyə Dəstək Fonduna maddi olaraq dəstək olub, bu həssas dönəmlərdə müxtəlif xeyriyyə aksiyaları təşkil edib.

"Baku Electronics" "Samsung", LG, "Bosch", "Sony", "Huawei", "Xiaomi", "Tefal", "Rowenta", "Panasonic", HP, "Acer", "Philips", "Lenovo", "Kenwood", "Braun", "Delonghi" və onlarla digər dünyaca tanınmış markaların rəsmi distributoru, "Apple" brendinin isə rəsmi satış təmsilçisidir.

Elektronika və məişət texnikası bazarında aparıcı mövqe tutan "Baku Electronics"in paytaxt və regionlarda artıq 25 mağazası, eyni zamanda elektron ticarət üçün www.bakuelectronics.az veb-saytı fəaliyyət göstərir.

"Baku Electronics"in bütün yeniliklərini qaçırmamaq üçün şirkətin aşağıdakı rəsmi səhifələrini izləməyi tövsiyə edirik:

https://www.linkedin.com/company/bakuelectronics/

https://www.instagram.com/bakuelectronics.az/

https://www.facebook.com/Bakuelectronics.MMC/

https://www.youtube.com/user/BakuElectronicsMMC

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR