"Baku Steel Company"də Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTO

"Baku Steel Company"də Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTO
# 06 noyabr 2021 17:03 (UTC +04:00)

“Baku Steel Company”də 8 Noyabr – Zəfər Gününün birinci ildönümü münasibətilə tədbir təşkil edilib. Şirkətin Vətən uğrunda həm 1-ci, həm də 2-ci Qarabağ müharibələrində savaşmış əməkdaşlarının bir qrupunun iştirakı ilə keçirilən tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca “Baku Steel Company”nin Zəfər Günü ilə bağlı hazırladığı videoçarx (https://youtu.be/sZgMcRGZuug) nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan “Baku Steel Company” MMC-nin Baş direktoru Kamal İbrahimov bildirib ki, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad olunması məhz Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, Müzəffər Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi sayəsində mümkün olub.

“Şirkətimizdə çalışan qazilərimizin və şəhidimiz leytenant Nurlan Həsənovun timsalında bütün qazilərimizlə, canlarını Vətən uğrunda fəda edən şəhidlərimizlə, qəhrəmanlarımızla fəxr edirik!”, - deyə K. İbrahimov bildirib.

O qeyd edib ki, indi Azərbaycanın işğaldan azad edilmiş torpaqları da daxil olmaqla bütün ölkədə genişmiqyaslı quruculuq işləri həyata keçirilir, respublika yeni bir inkişaf dövrünə qədəm qoyr: “Bu Zəfər Azərbaycan üçün həm də tamamilə yeni və ciddi iqtisadi inkişaf amilləri formalaşdırıb. Qürur hissi ilə deyə bilərəm ki, “Baku Steel Company” də bu inkişafa gözəçarpacaq dərəcədə töhfə verir”.

Eyni zamanda digər rəhbər şəxslər çıxış edərək Vətən müharibəsinin bütün iştirakçılarını, ümumilikdə Azərbaycan xalqını Böyük Qələbə Bayramı - Zəfər Günü münasibətilə təbrik edib və hamıya uğurlar arzulayıb.

Daha sonra tədbirdə iştirak edən qazilər çıxış edərək müharibə xatirələrini, Zəfər sevinclərini bölüşüblər.

Tədbirin sonunda “Baku Steel Company”nin rəhbərliyi tərəfindən, şirkətdə çalışan müharibə iştirakçılarına mükafatlar və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, “Baku Steel Company”nin hazırki əməkdaşlarından 140 nəfərdən çox şəxs Vətən uğrunda 1-ci və 2-ci Qarabağ müharibələrində iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR