"Bir Pəncərə" Mərkəzi vasitəsilə qeyri-neft ixracı 30% artıb

"Bir Pəncərə" Mərkəzi vasitəsilə qeyri-neft ixracı 30% artıb
# 01 iyul 2021 11:11 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 101,7 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% artıb.

Bu ilin iyun ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 22 mln. dollar olub ki, bu da may ayı ilə müqayisədə 43,8% çoxdur.

Qeyd edək ki, 2017-ci ildən 2021-ci ilin iyun ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 575 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR