"Bir Pəncərə" Mərkəzi vasitəsilə qeyri-neft ixracı 45% artıb

"Bir Pəncərə" Mərkəzi vasitəsilə qeyri-neft ixracı 45% artıb
# 31 may 2021 15:15 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 79,7 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,2% artıb.

Bu ilin may ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 15,3 mln. dollar olub ki, bu da aprel ayı ilə müqayisədə 10,5% azdır.

Qeyd edək ki, 2017-ci ildən 2021-ci ilin may ayına qədər "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 553 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR