"Bir Pəncərə" Mərkəzi vasitəsilə qeyri-neft ixracı avqustda 50% artıb

"Bir Pəncərə" Mərkəzi vasitəsilə qeyri-neft ixracı avqustda 50% artıb
# 31 avqust 2021 14:32 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 151,7 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,1% artıb.

Bu ilin avqust ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 30 mln. dollar olub ki, bu da iyul ayı ilə müqayisədə 50% çoxdur.

Qeyd edək ki, 2017-ci ildən 2021-ci ilin avqust ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 625 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR