BMT-nin Azərbaycan üzrə İdarə Heyəti ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

BMT-nin Azərbaycan üzrə İdarə Heyəti ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
# 16 iyun 2021 15:24 (UTC +04:00)

2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Komitənin iclasında BMT-nin Ölkə üzrə İdarə Heyəti ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir əlavə edib ki, sənədin icrası dayanıqlı sosial iqtisadi inkişafa, işğaldan azad olunmuş ərazilərimizin bərpasına və milli prioritetlərin reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə töhfə verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR