"Boeing" Çinə 8,7 min təyyarə satmaq niyyətindədir

"Boeing" Çinə 8,7 min təyyarə satmaq niyyətindədir
# 23 sentyabr 2021 11:32 (UTC +04:00)

ABŞ-ın "Boeing" korporasiyası 2040-cı ilədək Çin aviaşirkətlərinə 1,47 trln. ABŞ dolları dəyərində 8,7 min təyyarə satmağı planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

Korporasiyanın proqnozlarına görə, yaxın 20 ildə Çinin hava nəqliyyatı sahəsində işçilərin sayı 400 min nəfər (pilot, texnik, stüardessa və s.) artacaq. "Boeing"in hesablamalarına görə, korporasiya peşəkar işçilərin yetişdirməsinə kömək etməklə hər il Çində 1,5 mlrd. dollarlıq ÜDM istehsal edir.

"Çinlə hörmət və qarşılıqlı güvən prinsipləri üzərində tərəfdaşlıq qurulur. ÇXR, eyni zamanda, sərnişin təyyarələrimizin bütün modelləri üçün komponentlərin tədarükçüsü qismində çıxış edir", - korporasiyanın məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR