Bu il Azərbaycan 23 mln. manatlıq dəniz məhsulları idxal edib

Bu il Azərbaycan 23 mln. manatlıq dəniz məhsulları idxal edib
# 19 avqust 2021 15:46 (UTC +04:00)

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən 13,544 mln. ABŞ dolları dəyərində (23,025 mln. manat) balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, sözügedən dəniz məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 31,7% artıb.

Qeyd edək ki, dəniz məhsullarının ölkənin ümumi idxalındakı payı 0,22% təşkil edib, bu isə illik müqayisədə 0,05 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR