"Choco Art" ilin ən yaxşısı adına layiq görülüb - FOTO

"Choco Art" ilin ən yaxşısı adına layiq görülüb - FOTO
# 02 iyul 2021 16:01 (UTC +04:00)

Bakı Türkiyənin məşhur "Golden Palm Awards" layihəsinin 8-ci qala gecəsinə ev sahibliyi edib. 100 % təbii kakao yağından hazırlanan şokalad brendi olan "Choco Art”ın da dəstəyi ilə baş tutan "Golden Palm Awards"ın qala gecəsində cəmiyyətin müxtəlif sahələrində uğur qazanan insanlar mükafatlandırılıb.

Mükafatlandırılanlar sırasında "Choco Art" brendi də yer alıb. "Choco Art" bu günədək bir çox yerli və beynəlxalq tədbirlərə dəstək olub.

Hər kəsi ovsunlayıcı dadı ilə sehrinə salan Azərbaycanın premium şokolad markası "Choco Art" incə sənət və yüksək peşəkarlıq nümunəsidir. Buna görə də incəsənətin olduğu yerdə "Choco Art"ın olması mütləqdir. Zərgər incəliyi və dəqiqliyi ilə hazırlanan bu şokolad nəfis dadı, zərif ətri ilə əsl şokolad həzzini bəxş edir. Onu digərlərindən fərqləndirən əsas cəhət 100 % təbii kakao yağı və yüksək keyfiyyətli kakao dənindən hazırlanmasıdır. İlk yarandığı müddətdə plitə çeşidi ilə alıcılarına təqdim olunan premium şokolad brendi çeşidlərini daha da artıraraq yeni şokolad kremlərini və çəkili konfetlərini bazara çıxarıb. Lakin bu, son deyil, "Choco Art" markası bundan sonra da yeni ləzzətlər və üstün keyfiyyətlə onları sevindirməyə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR