"Choco Art" ilk dəfə sərgidə iştirak edib - FOTO

"Choco Art" ilk dəfə sərgidə iştirak edib - <span class="red_color">FOTO
# 14 iyun 2021 15:11 (UTC +04:00)

Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgiləri keçirilib. 100% təbii şokolad məhsulu olan "Choco Art" ilk dəfə olaraq sərgidə iştirak edib.

"Choco Art" məhsulları ziyarətçilərin böyük marağına səbəb olub. Ziyarətçilər gözoxşayan tərtibatda hazırlanan stendə yaxınlaşaraq məhsulların dadına baxıb, yeni çeşidlərlə tanış olublar. Qonaqlara "Choco Art" məhsullarının keyfiyyəti, istehsal prosesi, fərqlilik və üstünlükləri ilə bağlı məlumat verilib. Bildirilib ki, insanların zövqünü oxşayan 100 faiz təbii şokolad məhsulu bundan sonra da yeni ləzzətlər və üstün keyfiyyətlə onları sevindirməyə davam edəcək.

İncə sənət və yüksək peşəkarlıq nümunəsi olan "Choco Art"ı digərlərindən fərqləndirən əsas cəhət 100% təbii kakao yağı və yüksək keyfiyyətli kakao dənindən hazırlanmasıdır. Zərgər incəliyi və dəqiqliyi ilə hazırlanan "Choco Art" nəfis dadı, zərif ətri ilə əsl şokolad həzzini bəxş edir. İlk yarandığı müddətdə plitə çeşidi ilə alıcılarına təqdim olunan premium şokolad brendi çeşidlərini daha da artıraraq yeni şokolad kremlərini və çəkili konfetlərini bazara çıxarıb. "Choco Art"la sənətin incəliyini ləzzətlə kəşf edin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR