Çində avtomobil satışları dördüncü aydır azalır

Çində avtomobil satışları dördüncü aydır azalır
# 10 sentyabr 2021 14:37 (UTC +04:00)

Bu ilin avqust ayında Çində avtomobil satışları 17,8% azalaraq 1,8 mln. vahid təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Çin Avtomobil İstehsalçıları Birliyinin (CAAM) hesabatında deyilir.

Dünyanın ən böyük avtomobil bazarı sayılan Çində satışlar dördüncü aydır azalır.

Eyni zamanda, avqustda yeni enerji mənbələri (NEV) ilə işləyən avtomobillərin satışları illik ifadədə iki dəfədən çox artıb və 321 min avtomobilə çatıb.

Bu ilin əvvəlindən ölkədə avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% artaraq 16,56 mln. vahid təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR