Çində avtomobil satışları kəskin azalıb

Çində avtomobil satışları kəskin azalıb
# 12 oktyabr 2021 14:13 (UTC +04:00)

Bu ilin sentyabr ayında Çində avtomobil satışları illik ifadədə 19,6% azalıb. Davamlı qlobal mikroçip çatışmazlığı fonunda Çində avtomobil satışları ardıcıl beşinci aydır azalır.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Çin Avtomobil İstehsalçıları Birliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, dünyanın ən böyük avtomobil bazarında satışların keçən ay 2,07 mln. vahidə düşüb. Eyni zamanda, yeni enerji mənbələri ilə işləyən avtomobillərin (NEV) satışları sentyabr ayında iki dəfədən çox artaraq 357 minə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR