Çində Azərbaycanın daha bir ticarət evi açılacaq - FOTO

Çində Azərbaycanın daha bir ticarət evi açılacaq - FOTO
# 26 oktyabr 2021 15:19 (UTC +04:00)

“Made in Azərbaijan” brendi ilə istehsal edilən məhsullarımız Çinin Tiencin şəhərində keçirilən “2021 Haihe İnternational Consumption Summit&Carnival” beynəlxalq istehlak sərgi-yarmarkasında nümayiş etdirilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumaya görə, Çinin iri elektron ticarət platformalarından olan “JD.com”un təşkilatçılığı ilə keçirilən tədbirdə qida və kənd təsərrüfatı məhsullarımız vahid ölkə stendində təqdim olunub. Sərgi-yarmarka iştirakçıları Azərbaycan məhsullarına böyük maraq göstərib.

Qeyd edək ki, “JD.com”un təşkilatçılığı ilə keçirilən sərgi-yarmarkada yalnız bu platformada onlayn ticarət evi olan ölkələr iştirak edir. “JD.com”da onlayn Azərbaycan Ticarət Evi yaxın zamanlarda fəaliyyətə başlayacağı üçün yarmarkada vahid ölkə stendi qurulub.

Xatırladaq ki, hazırda Azərbaycanın Sindao şəhərində ticarət evi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR