"Daimler" Avropadakı avtosalon və servis mərkəzlərinin bir qismini satmaq niyyətindədir

"Daimler" Avropadakı avtosalon və servis mərkəzlərinin bir qismini satmaq niyyətindədir
# 07 iyun 2021 18:55 (UTC +04:00)

Almaniyanın avtomobil istehsalçısı olan "Daimler" şirkəti Böyük Britaniya, İspaniya və Belçikadakı avtosalon və servis mərkəzlərinin bir hissəsinin satılması imkanlarını nəzərdən keçirir.

"APA-Economics" məlumatına görə, bu barədə DPA agentliyi şirkətin mətbuat xidmətinə istinadən yazır.

Potensial alıcılarla danışıqlar zamanı prioritetlərdən birinin "Mercedes-Benz"in sözügedən ölkələrdə fəaliyyətlərinin davamı olacağı qeyd olunur.

Qeyd edək ki, söhbət təxminən 2 800 nəfərin çalışdığı 25 filialın satışından gedir. Şirkətin hazırda digər Avropa ölkələrində filial satma planları yoxdur.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında dünyanın ən böyük avtomobil istehsalçılarının mənfəəti 403 mlrd. avro təşkil edib, bu da 2020-ci illə müqayisədə 35 mlrd. avro çoxdur. Tədqiqat zamanı 16 ən böyük avtomobil istehsalçısının maliyyə göstəriciləri təhlil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR