"eBay" Azərbaycan istifadəçiləri üçün satışdan pulun alınmasını asanlaşdırıb

"eBay" Azərbaycan istifadəçiləri üçün satışdan pulun alınmasını asanlaşdırıb
# 19 may 2021 13:40 (UTC +04:00)

ABŞ-ın "eBay" elektron ticarət platforması Azərbaycandakı satıcılarının satış əməliyyatlarından pul vəsaitinin alınması prosedurunu asanlaşdırıb.

"APA-Economics" "eBay"ın yaydığı məlumata istinadən xəbər verir ki, ticarət platforması Azərbaycanda satıcıların ehtiyaclarını ödəmək məqsədilə "Payoneer" beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq edəcək. Bu əməkdaşlıq satıcılara "eBay" üzərindən bütün əməliyyatları çevik və rahatlıqla idarə etməyə imkan yaradacaq.

Ödənişlər satıcıların "PayPal"a deyil, "Payoneer" hesabına yatırılacaq. Bütün satışlar üçün ödənişlər ABŞ dolları ilə aparılacaq.

"2021-ci ilin may ayından etibarən Azərbaycandakı satıcıları bu ödənişləri idarə etmək üçün "eBay"da qeydiyyatdan keçmələri barədə xəbərdar edəcəyik", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR