"Electrolux"un xalis mənfəəti kəskin azalıb

"Electrolux"un xalis mənfəəti kəskin azalıb
# 27 oktyabr 2021 14:56 (UTC +04:00)

Dünyanın ən böyük məişət texnikası istehsalçılarından biri olan İsveçin "Electrolux AB" şirkətinin xalis mənfəəti 2021-ci ilin III IIrbaycanda ymata görə, sayıb. otellərdə keçiriılmitəsinin açıqlamasında deyilir.rübündə iki dəfə azalaraq 1,14 mlrd. İsveç kronu (132,4 mln. ABŞ dolları) təşkil edib. Belə ki, ötən ilin analoji rübündə şirkətin xalis mənfəəti 2,36 mlrd. krona (273,8 mln. dollar) bərabər olub. Göstəricilər xərclərin artması səbəbindən pisləşib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

Məlumata görə, "Electrolux"un son rübdə gəlirləri 3,4% azalaraq 30,93 mlrd. krona (3,589 mlrd. dollar) düşüb. Buna baxmayaraq, şirkətin gəlirləri analitiklərin proqnozlarından daha yaxşı olub.

"İstehlakçı elektronikası və dəniz daşımaları bazarındakı məhdud şərtlər logistika və spot satınalma xərclərinin 300 mln. kron (34,809 mln. dollar) artmasına səbəb olub ki, bu da qısa müddət ərzində tam kompensasiya edilə bilməz", - şirkətin baş direktoru Conas Samuelson (Jonas Samuelson) bildirib.

Hesabatda qeyd edilir ki, şirkət xərclərin artımını bu və gələn il məhsulun qiymətini artırmaqla kompensasiya etmək niyyətindədir.

Xatırladaq ki, cari ilin əvvəlindən şirkətin kapitallaşması 14,2% artıb və hazırda təxminən 57 mlrd. kron (6,614 mlrd. dollar) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR