Elektron Kredit Platforması üzərindən builki kredit tələbatı 224 mln. manatı ötüb

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 07 iyul 2021 15:41 (UTC +04:00)

Zəmanət subsidiya mexanizmi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ilin yanvar-may ayları ərzində Elektron Kredit Platforması üzərindən kredit tələbatı 224,1 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, 847 müraciət üzrə yeni biznes kreditlərinə 129,7 mln. manat məbləğində dövlət zəmanəti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR