Fərid Qayıbov gənclərin bilik və bacarıqlarına yatırım etməyə çağırıb

Fərid Qayıbov

© APA | Fərid Qayıbov

# 27 oktyabr 2021 10:34 (UTC +04:00)

"Gənclər qısa və ortamüddətli investisiyalar üçün o qədər də əlverişli hesab olunmaya bilər. Lakin gənclər uzunmüddətli investisiyalar üçün daha faydalı və geridönüşlüdür".

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir çıxışında gənclərin bilik və bacarıqlarına yatırım etməyə çağırıb.

"Cəmiyyətin inkişafına informasiya texnologiyalarının təsiri bir faktdır. Bu isə, dəyişən dünyanın yeni inkişaf mərhələsi, bəlkə də, reallığıdır. Bu dəyişiklik yeni düşüncələrin formalaşmasına təkan verir. Bu cür şəraitdə isə gənclik enerjisinin səmərəli istiqamətdə yönəldilməsi yeni çağırışdır", - deyə F. Qayıbov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR