Gürcüstan Azərbaycana şərab ixracını 21% artırıb

Gürcüstan Azərbaycana şərab ixracını 21% artırıb
# 08 sentyabr 2021 10:01 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstanın Azərbaycana ixrac etdiyi şərabın həcmi illik müqayisədə 21% artaraq 158 411 şüşə təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Şərab Agentliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat dövründə ölkənin şərab ixracından əldə etdiyi ümumi gəlir illik müqayisədə 13% artaraq 145 mln. ABŞ dolları təşkil edib. Hesabat dövründə Gürcüstanın ən çox şərab ixrac etdiyi ölkələr Rusiya, Ukrayna, Polşa, Çin və Qazaxıstan olub. İxracda 368 müxtəlif şirkət iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR