Gürcüstan Azərbaycana şərab ixracını kəskin artırıb

Gürcüstan Azərbaycana şərab ixracını kəskin artırıb
# 20 avqust 2021 11:48 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstan Azərbaycana 443,39 min ABŞ dolları dəyərində 121,02 ton üzüm şərabı ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana ixrac edilən məhsulun dəyəri illik ifadədə 123.14 min dollar və ya 38,5%, həcmi isə 46,16 ton və ya 61,7% artıb.

Belə ki, 2020-ci ilin ilk yeddi ayında Gürcüstan Azərbaycana 320.25 min dollar dəyərində 74.86 ton üzüm şərabı ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR