Gürcüstandan Azərbaycana bu il 10 mindən çox avtomobil gətirilib

Gürcüstandan Azərbaycana bu il 10 mindən çox avtomobil gətirilib
# 19 may 2021 12:54 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 69 918,1 min ABŞ dolları dəyərində 10 456 minik avtomobili ixrac edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana ixrac edilən məhsulun sayı illik ifadədə 2 270 vahid və ya 27,7% artıb, dəyəri isə 18 316,2 min dollar və ya 20,7% azalıb. Belə ki, 2020-ci ilin ilk dörd ayında Gürcüstan Azərbaycana 88 234,3 min dollar dəyərində 8 186 minik avtomobili ixrac edib.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 125 357,1 min dollar dəyərində avtomobil ixrac edilib ki, bu da illik ifadədə 10,7% azdır. Gürcüstanın cari ildə avtomobil ixracının 55,7%-i Azərbaycanın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR