IDC: Fərdi kompüterlərin qlobal satışları bu il 14%-dən çox artacaq

IDC: Fərdi kompüterlərin qlobal satışları bu il 14%-dən çox artacaq
# 03 sentyabr 2021 12:56 (UTC +04:00)

"International Data Corporation"un (IDC) proqnozuna əsasən, cari ildə fərdi kompüterlərin qlobal satışları 14,2% artaraq 347 mln. ədədə çatacaq.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, mayda mütəxəssislər 18%-lik artım gözləyirdi. Proqnozun pisləşməsinin əsas səbəbləri kimi, COVID-19 pandemiyası fonunda davam edən təchizat zənciri və logistik problemlər göstərilir. "IDC Worldwide Mobile Device Trackers"in vitse-prezidenti Rayan Reyt bildirib ki, fərdi kompüter və planşetlər bazarında hələ də tələbat var, lakin təklif məhduddur.

"Artan tədarük defisiti davam edən logistika problemləri ilə birlikdə sənaye üçün ciddi problemlər yaradır. Lakin inanırıq ki, fərdi kompüterlərə tələbatın əsas payı, yəni biznes və təhsil sektorundakı tələbat tezliklə yox olmayacaq", - deyə R. Reyt deyib.

IDC-yə görə, masaüstü, noutbuk və digər kompüter növləri də daxil olmaqla, məcmu fərdi kompüterlərin satışlarının 2021-2025-ci illərdə ortaillik artımı 3,2% təşkil edəcək, planşetlərin tədarükün isə 1,5% azalacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR