İndoneziya Azərbaycanda ticarət evi açacaq

İndoneziya Azərbaycanda ticarət evi açacaq
# 03 dekabr 2021 10:57 (UTC +04:00)

Azərbaycanda İndoneziya Ticarət Evi açılacaq.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamid ASK-nın vitse-prezidenti Vüqar Zeynalovla görüşü zamanı deyib.

Tərəflər arasında aparılan müzakirələr zamanı həmçinin iki ölkə sahibkarları arasında onlayn B2B görüşünün keçirilməsi, səfirin 10-11 dekabr tarixlərində Sabirabad və Beyləqan rayonlarına səfərləri çərçivəsində Konfederasiyanın həmin rayonlardakı nümayəndələri ilə görüşü, ASK ilə İndoneziyanın müvafiq biznesə dəstək təşkilatı arasında əməkdaşlıq memorandumunun imzalanması məsələlərinə də baxılıb.

H. Hamid ölkəsindən Azərbaycana xam palma yağı və kokos yağının ixrac olunduğunu, eləcə də, Azərbaycandan İndoneziyaya neft və neft məhsullarının ixrac edildiyini bildirib. Səfir İndoneziyadan Azərbaycana ixrac olunan məhsullara yüksək gömrük rüsumu tətbiqinin ixrac əməliyyatlarına mənfi təsir göstərdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR