"İrşad"ın yeni Bakıxanov və Xırdalan mağazası alış-veriş üzrə top-5 mağaza sırasında yer alıb - FOTO

"İrşad"ın yeni Bakıxanov və Xırdalan mağazası alış-veriş üzrə top-5 mağaza sırasında yer alıb - FOTO
# 19 oktyabr 2021 17:20 (UTC +04:00)

Yeni interyer üslubda bir neçə ay öncə istifadəyə verilən “İrşad”ın Bakıxanov və Xırdalan mağazaları müştəri ziyarətinə görə şəbəkənin top 5 mağazası sırasında yerini bərkidib.

Sözü gedən hər iki mağazanın bir çox üstünlükləri var. Belə ki, 20 mindən çox məhsul çeşidi müştərilərə rahat seçim imkanı bəxş edir. Həmçinin mağazaların önündə rahat parklanma üçün yer də nəzərdə tutulub. Bakıxanov mağazasının sahəsi daha da genişlənərək 2 100 kvm, Xırdalan mağazası isə 1350 kvm olub. Yeni mağazalarda geniş çeşidlə yanaşı yaradılan komfort müştəri ziyarətini artırıb.

Bundan əlavə, 20 sentyabrdan başlayaq həmin mağazalarda ardıcıl kampaniyalar da cari və potensial müştəriləri yeni alışlara stimullaşdırmaqdadır. Gecikənlər isə üzülməsin. Çünki, hazırda “İrşad”ın mağazalar şəbəkəsində hissəli ödəniş və endirim kampaniyaları 1 noyabradək qüvvədədir. Bu kampaniyanın şərtlərinə görə müştərilər bütün məhsulları ilkin ödənişsiz, faizsiz və komissiyasız 18 ayadək hissəli ödəniş şərti ilə əldə edə bilərlər. Nağd alışa həqiqi endirimlər də var.

Qeyd edək ki, 9 ay ərzində “İrşad” artıq 13 yeni mağazanı istifadəyə verib, genişləndirib və ya təmir edib. Hazırda şirkətin 21 mağazası Bakıda, 21 mağazası isə regionda yerləşir. Yaxın gələcəkdə “İrşad”ın Mehdiabad və Sahil qəsəbələrində, həmçinin Sumqayıt şəhərində isə 3-cü, yeni mağazasının istifadəyə verilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR