Karantin qaydalarını pozan sahibkarlar 632 min manat məbləğində cərimələnib

Karantin qaydalarını pozan sahibkarlar 632 min manat məbləğində cərimələnib
# 11 noyabr 2021 16:17 (UTC +04:00)

Karantin qaydalarını pozuntusuna yol verən sahibkarlıq subyektlərinə 632 700 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ticarət obyektlərini əhatə edən növbəti monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskalardan istifadəsi və sosial ara məsafəsinin gözlənilməsi halları yoxlanılıb. Vergi orqanı əməkdaşları tərəfindən 17 774 təsərrüfat subyektində aparılmış müşahidələr nəticəsində 2 261 pozuntu halı müəyyən edilib ki, bunların da 626-sı vətəndaşların tibbi maskasız təsərrüfat subyektlərinə daxil olması, 1 635-i isə işçi heyətinin tibbi maskadan istifadə etməməsi ilə əlaqədar olub.

Qeyd edək ki, bu ilin oktyabr ayının 25-dən başlayaraq Dövlət Vergi Xidməti tərəfindən sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl edilməsi məqsədilə intensiv şəkildə monitorinqlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR