KOBİA sədri Azərbaycanda qum-çınqıl hasilatının əsas problemlərini açıqlayıb

Orxan Məmmədov

© APA | Orxan Məmmədov

# 25 iyun 2021 11:55 (UTC +04:00)

Azərbaycanda qum-çınqıl hasilatı zamanı yaranan problemlər bəzi hallarda müvafiq sahələr üzrə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı çətinliklərlə müşahidə olunur.

"APA-Economics" xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Qum və Çınqıl İstehsalçıları Biznes Forumu" çərçivəsində çıxış edərkən deyib.

Onun sözlərinə görə, buna səbəb kimi, torpağın təyinatı, ərazinin istismara qəbulu və müvafiq hüquq müəyyənedici sənədlərin əldə edilməsi üzrə sahibkarlar tərəfindən mürəkkəb proseslərin olması gətirilir.

"Digər məqam, qum-çınqıl hasilatı sahəsində fəaliyyət üçün məlumatlılığın az olmasıdır. Yəni müvafiq sahədə istismar üçün qanunvericilikdə nəzərdə tutulan qaydalar barədə məlumatsızlıq, başqa sözlə, maarifləndirmə işlərinin yetərsizliyi, bəzən, sahibkarlıq subyektləri üçün inzibati hüquq pozuntularına və cərimələrin tətbiqinə, daha sonra isə məhkəmə çəkişmələrinə gətirib çıxarır, bu da öz növbəsində, vaxt və maliyyə itkilərinə şərait yaradır", - deyə O. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR