KOBİA və Qətərin İnkişaf Bankı arasında memorandum imzalanıb

KOBİA və Qətərin Beynəlxalq Bankı arasında memorandum

© APA | KOBİA və Qətərin Beynəlxalq Bankı arasında memorandum

# 03 iyun 2021 13:48 (UTC +04:00)

Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) XXIV Sankt-Peterbuq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində bir sıra sazişlər imzalayıb.

APA-nın Sankt-Peterburqa ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov forum çərçivəsində Qətər və Rusiyadan olan həmkarları ilə görüşlər keçirib.

O. Məmmədov APA-ya açıqlamasında KOBİA ilə Qətərin İnkişaf Bankı arasında anlaşma memorandumu imzalandığını bildirib: “İnanırıq ki, bu, ölkəmizə və sahibkarlığa olan sərmayələri artıracaq. Qətərdən olan beynəlxalq sərmayələri ölkəmizə cəlb etməyə kömək edəcək”.

KOBİA rəhbəri həmçinin forum çərçivəsində “Roskonqress” təşkilatı ilə anlaşma memorandumu ilə imzalandığını da söyləyib: “Rusiyanın kiçik və orta sahibkarlığı təmsil edən assosiasiyası “APORA” ilə görüş keçirdik. Rusiyadan olan həmkarlarımızla mütəmadi olaraq əlaqədəyik. Hesab edirik ki, Sankt-Peterburq Forumunda iştirak Azərbaycana sərmayələrin cəlb olunmasına kömək olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR