KOBİA və USAID arasında anlaşma memorandumu imzalanacaq

Orxan Məmmədov

© APA | Orxan Məmmədov

# 30 iyun 2021 10:38 (UTC +04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə USAID arasında yaxın zamanlarda mikro, kiçik və orta biznesin gücləndirilməsi üzrə anlaşma memorandumu imzalanacaq.

"APA-Economics" xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov USAID tərəfindən dəstəklənən Qadınların Milli Biznes Gündəliyi platformasının yaradılmasına həsr olunmuş tədbirə çıxış edərkən deyib.

Onun sözlərinə görə, sənədə əsasən tərəflər arasında əməkdaşlıq konkret istiqamətlər üzrə davam edəcək: "Memorandumda əks olunan əsas əməkdaşlıq istiqamətləri sırasında mikro, kiçik və orta sahibkarıq subyektlərinə təlimlərin keçirilməsi, onların təşkilati potensialının və biznesin idarə edilməsinin keyfiyyətinin artırılması, KOB-ların maliyyə resurslarına çıxışlarının araşdırılması, eləcə də birgə təlim, digər tədris və şəbəkələmə tədbirlərinin təşkili ilə biznes, sənaye assosiasiyaların potensialının qurulması kimi sahələr də əhatə olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR