"L'Oreal" casusluğa görə cərimələnib

"L
# 16 iyun 2021 11:39 (UTC +04:00)

Parisin Ticarət Məhkəməsi dünyanın ən böyük kosmetika istehsalçılarından biri olan Fransanın "L'Oreal" şirkətini casusluq etdiyinə görə 370 min avro məbləğində cərimələyib. Zərərçəkən tərəf bir neçə yüz gözəllik institutunun daxil olduğu "Guinot" şirkəti olub. Şirkət 13,5 mln. avro məbləğində təzminat tələb edirdi.

"APA-Economics"in məlumatına görə, bu barədə "France-Presse" agentliyi yazır.

Məhkəmə "L'Oreal"ı "Guinot" tərəfindən hazırlanmış texnologiya və texnikanı mənimsəməsində təqsirli bilib. İstintaq zamanı məlum olub ki, "L'Oreal" insanları müfəttiş adı altında "Guinot" şirkətinin gözəllik institutlarına göndərib. Onlar "Guinot" müəssisələrində işləmə metodlarını öyrənib, halbuki sözügedən metodlar ticarət sirri hesab olunur. Bununla belə, məhkəmə "Guinot"ya dəyən maddi ziyanın iddiada göstəriləndən xeyli az olduğunu qərara alıb və təzminatın məbləğini azaldıb. Məhkəməyə görə, "L'Oreal"in qanunsuz hərəkətləri "Guinot"nun xaricdə, ilk növbədə, ABŞ-dakı fəaliyyət planlarına mənfi təsir edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR