Mikayıl Cabbarov Türk Şurasının Baş katibi ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Türk Şurasının Baş katibi ilə görüşüb

© APA | İqtisadiyyat naziri Türk Şurasının Baş katibi ilə görüşüb

# 09 sentyabr 2021 19:04 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevlə görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

O qeyd edib ki, görüşdə sabah Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 10-cu görüşünə dair məsələlər müzakirə edilib.

“Bu toplantı çərçivəsində təşkil olunacaq Qarabağa həsr olunmuş Biznes Forumunun yüksək səviyyədə təşkili ölkəmiz üçün əhəmiyyətlidir”, - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR