"Milla" süd markası şəhid və qazi ailələri üçün maarifləndirici və əyləncəli tur təşkil edib - FOTO

"Milla" süd markası şəhid və qazi ailələri üçün maarifləndirici və əyləncəli tur təşkil edib - FOTO
# 29 sentyabr 2021 10:00 (UTC +04:00)

“AZFPCO” MMC-ə məxsus “Milla” süd markası zaman-zaman süd emalı zavoduna məktəblilər və digər qurumlardan olan qonaqlar üçün tur təşkil edir. Bu dəfə isə daha iri miqyaslı layihə həyata keçirməyə qərar verib. Bu dəfəki layihə xalqımız üçün əziz və dəyərli, eyni zamanda dövlətimizin hər zaman qayğı göstərdiyi və diqqət mərkəzində saxladığı şəhid və qazi ailələri olmuşdur. Layihənin məqsədi şəhid və qazi ailələrini daima gündəmdə saxlamaq, qonaqları maarifləndirmək və onlar üçün əyləncəli tədbir həyata keçirməkdən ibarət idi.

Belə ki, qonaqlar üç hissədən ibarət turda iştirak ediblər. Əvvəlcə, qonaqlar “Milla” süd emalı zavodunu ziyarət edərək “Milla” məhsullarının necə hazırlandığının şahidi olub. Qonaqlarımız “Milla” zavod ziyarətindən sonra Qəbələ rayonunda yerləşən “Qəbələ Ovcullu” fermasını ziyarət etmişdir. Orada onlar “Milla” süd məhsullarının əsas xammalı olan südün mənbəyi ilə tanış olublar. Daha sonra qonaqlar Qəbələdə yerləşən 5 ulduzlu “Qafqaz Riverside Resort” otelində 2 günlük faydalı və əyləncəli tədbir proqramında iştirak etməklə, həm həvəsləndirici, həm də öyrədici təlimdə iştirak etmiş, sonra isə müxtəlif oyunlarda iştirak edərək əyləncəli vaxt keçirmişlər.

Yekunda “Milla” markası şəhid və qazi övladlarına turda iştirak etdikləri üçün onlara xüsusi sertifikat və hədiyyələr təqdim edib.

Balaca qonaqlar da öz növbəsində “Milla”ya təşəkkür nişanəsi olaraq çox dəyərli rəsm işlərini xatirə olaraq hədiyyə etmişlər.

“AZFPCO” MMC şəhid və qazi ailələrini diqqətdə saxladığını, bu və digər formatda layihələrin davamlı olacağını bildirmişdir.

Qeyd edək ki,AZFPCO” MMC “Milla” markasına məxsus süd, ayran, qatıq, pendir, xama, yoğurt, kefir, dondurma və digər süd məhsullarının ən böyük yerli istehsalçısıdır.

https://www.facebook.com/milla.azerbaijan

TƏRKİBİNDƏ SEVGİ VAR!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR