Nazir “Yüksəliş” yarımfinalçılarıyla iqtisadiyyat barədə müzakirələr aparıb

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 28 iyun 2021 12:51 (UTC +04:00)

Azərbaycanda peşəkar kadrların üzə çıxarılması, innovativ idarəçiliyin və intellektual resursların dəstəklənməsi kimi mühüm məqsədlərə xidmət edən “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir, iştirakçıların idarəçilik potensialı qiymətləndirilir.

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, yarımfinalçılarla Azərbaycan iqtisadiyyatının inkişaf prioritetləri barədə müzakirələr aparılıb.

“İnanıram ki, layihə çərçivəsində əldə edilən nəticələr ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasına, kadr potensialının səmərəliliyinin artmasına və ölkəmizin dayanıqlı iqtisadi inkişafına töhfə verəcək”, - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR